top of page
  • Facebook
  • Twitter
  • Instagram

"RM Nəşriyyatı", "Bələdçi Yayımları" və "Təhsil Forumu"-nun təşkilatçılığı ilə "RİYAZİYYAT və İNFORMATİKA MÜƏLLİMLƏRİNİN HƏMRƏYLİK FORUMU" keçirildi.

  • Writer: Gülmira Nayıbova
    Gülmira Nayıbova
  • Apr 29, 2024
  • 2 min read

Updated: Jun 3, 2024


ree

RM nəşriyyatı, Bələdçi yayınları və Təhsil forumunun təşkilatçılığı ilə

"RİYAZİYYAT və İNFORMATİKA MÜƏLLİMLƏRİNİN HƏMRƏYLİK FORUMU" keçirildi.


Tədbir vətən uğrunda sağlamlığını itirən qazilərimiz və canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla anılaraq, Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi. Təhsil Forumu platformasının müdir müavini Yeganə Şirinova forumda iştirak edən bütün qonaqları salamladıqdan sonra ilk söz Bakı Dövlət Universitetinin professoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi Şahlar Əsgərova verildi. Şahlar müəllim “Riyaziyyat, Fizika və İnformatika fənləri tədrisinin fəlsəfəsi” haqqında fikirlərini bölüşdü.


Növbəti çıxış Bakı Dövlət Universitetinin İnformatika kafedrasının professoru, pedaqoji elmlər doktoru Mönsüm Alışova verildi. Mönsüm müəllim “İnformasiya kommunikasiya texnologiyaları vasitəsilə tədrisin təşkili” haqqında fikirlərini bildirdi. RM nəşriyyatın idarə heyətinin üzvü, sahibkar Əli Əlibəyli - “Riyaziyyat və İnformatikanın müasir iş adamlarının formalaşmasında rolu” haqqında danışdı.



ree


Çıxış edən növbəti qonaq İT mühəndisi, Dahi.az oyun əsaslı təhsil platformasının rəhbəri, müəllim.az online təhsil platformasının rəhbəri Şəmistan Əlizadə - "Müasir müəllim ol", texnologiyaların köməyiləlayihələrin hazırlanması, "məlumat və bilgi" haqqında maraqlı fikirlərini bölüşdü.


Turan Həsənli Academy-nin rəhbəri Turan Həsənlinin “Şagirdlərdə özgüvən formalaşması və tədrisdə motivasiyanın əhəmiyyəti” ilə bağlı çıxışı da böyük maraqla qarşılandı. Tədbirdə Turan Həsənli Academy-də təhsil alan Beynəlxalq olimpiadalarda və Respublika Fənn Olimpiadalarında yer tutan şagirdlərin mükafatlandırılması da gerçəkləşdirildi.





Sertifikat ilə təltif edilən şagirdlər RM nəşriyyat tərəfindən hədiyyələndirildi.

Sonda Bələdçi tədris mərkəzinin rəhbəri, doktorant Bələdçi informatika vəsaitlərinin müəllifi Tural Sofuyev - “Müəllimlərin işə qəbulu və I qrup alt kateqoriyası üzrə hazırlaşan şagirdlərin hazırlığında İnformatika fənni üzrə mövcud vəziyyət, problemlər və həlli yolları” haqqında danışdı.


Riyaziyyat və İnformatika müəllimlərinin həmrəylik formunda iştirak edən bütün iştirakçılara informatika vəsaitlərindən və sertifikat təqdim edildi.


Biz də RM komandası olaraq forumda iştirak edən bütün qonaqlara, əməyi keçən hər kəsə və tədbirin daha da maraqlı keçməsində böyük rolu olan çox dəyərli Bəhman Qüdsiyə təşəkkür edirik.





Comments


© 2024 RM Nashriyyat.

bottom of page